"Los-Anceles Qelaksi"nin hücumçusu Zlatan İbrahimoviç “Monreal İmpekt"la oyunda qırmızı vərəqə qalıb.
Teleqraf.com-un xəbərinə görə, buna səbəb isveçli futbolçunun rəqibinə sillə vurması olub.
Videotəkrara baxıldıqdan sonra 36 yaşlı futbolçu meydandan qovulub.