15 Aprel 2014 11:45
429

Üzgüçülük üzrə 18 qat olimpiya çempionu Maykl Felps “Mesa Grand Prix” yarışlarında iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, turnir aprelin 24-dən 26-a qədər Arizonada keçiriləcək. ABŞ üzgüçülük federasiyasının Maykl Felpsin qayıdışı ilə bağlı bəyanatı belə olub:

“Olimpiadaların 22 qat mükafatçısı Felps güman olunduğu kimi, London-2012-dən sonra ilk yarışına çıxacaq”.

Qeyd edək ki, idmançı şəxsi məşqçisi ilə hazırlıqlara 2013-cü ilin oktyabrından başlayıb.

Aygün İlqarqızı


Müəllif: