11 Fevral 2015 22:09
466

Onun alınmasında "zadəganlar"ın çalışdırıcısı Joze Mourinyo şəxsən maraqlıdı

Teleqraf.com xəbər verir ki, "Çelsi"klubu "Real Madrid"in fransalı futbolçusu Rafael Varanın transferində israrlıdı.

"Daily Express"in məlumatına görə, London klubu Fransa millisinin müdafiəçisi üçün 47 milyon avro təklif etməyə hazırlaşır.

Məlumatda qeyd olunur ki, Varanın keçidi yay transfer dövrünə nəzərdə tutulub. Onun alınmasında "zadəganlar"ın çalışdırıcısı Joze Mourinyo şəxsən maraqlıdı.

21 yaşlı futbolçunu həmçinin digər Premyer Liqa nəhəngi "Mançester Yunayted" də heyətində görmək istəyir.

Qeyd edək ki, bu mövsüm "Real"ın heyətində 27 oyunda meydana çıxan Varan 2 qol vurub.

Rüstəm


Müəllif: