16 Fevral 2015 00:27
365

"Qarabağ"ın futbolçusu Muarem Muarem Azərbaycan Premyer Liqasının 22-ci turunda "Simurq"a 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

O, matçdan sonra Qol.Az-a açıqlamasında bir neçə epizodda qola yaxın olduqlarını deyib:

"Oyuna yaxşı hazırlaşmışdıq.Birinci hissəyə yaxşı başladıq və qol vurduq . Bir neçə epizodda qola yaxın idik. “Simurq”un da ikinci hissədə fərqlənmək imkanı oldu. Yaxşı ki, birinci hissədə qol vurduq. Bunu bacarmasaydıq, bizim üçün çətin olacaqdı".

Makedoniyalı oyunçunun sözlərinə görə, hələ çempionluqdan danışmaq tezdir:

"Amma çempion olmaq üçün əlimizdən gələni edəcəyik".

M.Muarem növbəti turda qarşılaşacaqları “Neftçi” ilə matç haqda da fikirlərini bildirib:

"Neftçi" ilə çətin oyunumuz olacaq. Onlar bu gün qalib gəldilər. Qarşılaşmaya yaxşı hazırlaşacağıq və qələbə qazamaq üçün meydana çıxacağıq".


Müəllif: