25 Fevral 2015 12:26
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Neftçi”nin futbolçusu Nikolas Kanales üçün AZAL-la 3-cü turdan təxirə salınan qarşılaşma yubiley xarakteri daşıyıb.

Publika.az xəbər verir ki, çilili hücumçu Azərbaycan Premyer Liqasında 50-ci oyununu keçirib.

Həmin görüşdə vurulan yeganə qolun müəllifi olan Kanales Azərbaycan çempionatlarında 31-ci qolunu vurub. Cari mövsüm AZAL-la keçirilən hər üç oyunda qol vuran hücumçu Premyer Liqadakı orta məhsuldarlığını 0,62-yə çatdırıb. Bu isə ən azı 50 oyun keçirən futbolçular arasında Azərbaycan çempionatları tarixinin 3-cü göstəricisidir.

Həmin görüşdə daha 3 yubiley qeydə alınıb. Start heyətində meydana çıxan digər 2 futbolçu da özü üçün əlamətdar qarşılaşmada iştirak edib. “Neftçi”nin futbolçusu Elvin Yunuszadə iki yubileyə eyni vaxtda sevinib. Premyer Liqada 100-cü matçına çıxan müdafiəçi bu qarşılaşmaların 31-ni “Simurq”da, 69-nu “Neftçi”də keçirib. Elvin həm də “ağ-qaralar”ın heyətində ümumilikdə 100-cü matçına çıxıb. Buna onun 15 kubok və 16 avrokubok görüşündə də iştirak etməsi səbəb olub.

AZAL-ın futbolçusu Xuan Fransisko isə Premyer Liqada 50-ci oyununu keçirib. İspan futbolçu bu nəticəyə üç mövsüm ərzində nail olub.


Müəllif: