13 Mart 2015 00:15
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qırmızı şeytanlar"ın onunla müqavilə imzalamasının səbəbi isə həmin vaxt digər forvardları ala bilməməsindən irəli gəlib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, müqavilə ilə "Monako"ya məxsus Radamel Falkao mövsümün sonunda icarə əsasında oynadığı "Mançester Yunayted"i tərk edəcəyini bildirib.

"Daily Mail"in verdiyi xəbərə görə, təcrübəli forvard İngiltərə klubuna keçidinin səhv addım olduğunu etiraf edib.

Falkaoya yaxın mənbənin verdiyi məlumata görə, futbolçu ehtiyat komandaya göndərilmə qərarını eşidərkən şok yaşayıb.

Falkaonun fikrincə, baş məşqçi Lui Van Qal heç vaxt ona inanmayıb. "Qırmızı şeytanlar"ın onunla müqavilə imzalamasının səbəbi isə həmin vaxt digər forvardları ala bilməməsindən irəli gəlib.

Falkao bu mövsüm Premyer Liqada 17 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

Rüstəm


Müəllif: