19 Mart 2015 13:44
335

Ötən gün Çempionlar Liqasının 1/8 finalının “Borussiya” ilə cavab qarşılaşmasında rəqibinə qalib gələn “Yuventus” ciddi itki ilə üzləşib.

Teleqraf.com xəbər verir ki, komandanın aparıcı futbolçusu Pol Poqba zədələnib. Bu barədə “Sky Sport İtalia”ya məlumat yayıb.

Matçın 27-ci dəqiqəsində bud nahiyyəsindən zədə alan futbolçu oyunu davam etdirə bilməyib. Fransız futbolçunun ən azı bir ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Qeyd edək ki, səfərdə “Borussiya”ya 3:0 hesabı ilə qalib gələn “Yuventus” 1/4 finala yüksəlib.

Rüstəm


Müəllif: