13 İyul 2015 16:26
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qəbələ” futbol klubunun əvəzedici komandasının baş məşqçisi Ramin Quliyevin köməkçisi və qapıçılarla işləyən məşqçisi müəyyənləşib.

Klubdan Teleqraf.com-a bildiriblər ki, bu vəzifələri müvafiq olaraq Elmar Baxşıyev və Vüqar Məmmədov icra edəcəklər. “Qəbələ”nin sabiq futbolçusu olan E.Baxşıyev komandanın məşqçilər korpusuna yeni təyin olunub. Məşqçilik karyerasına “Neftçi”nin U-19 komandasında başlayan 35 yaşlı çalışdırıcı “Qəbələ”nin əvəzedicilərini hazırlayacaq. E.Baxşıyev Premyer Liqada 268 matçda 9 qol vurub. 2004-2009-cu illərdə Azərbaycan millisinin formasını geyən orta sahə oyunçusu 32 qarşılaşmada iştirak edib.

2005-ci ildən “Qəbələ”də çalışan V.Məmmədov isə əvəzedici komandada fəaliyyətini davam etdirəcək. 2013-cü ilin yayından əvəzedici komandanın çalışdırıcısı olan mütəxəssis postunda qalıb. Futbolçu kimi “Kəpəz” (1985-1987, 1990-1995, 1996-2001-ci illər), MOİK (1987-1990) və “Şəmkir” (1995-1996-cı illər) klublarında çıxış edən 46 yaşlı V.Məmmədov 1994-1995-ci il mövsümündə Azərbaycan çempionu, 1993-1994-cü il mövsümündə kubok qazanıb.


Müəllif: