13 İyul 2015 22:24

"Real"ın prezidenti Florentino Peres İker Kasilyası komandadan özünün göndərdiyi iddialarına münasibət bildirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, bu xəbərləri təkzib edib. Klub prezidenti bildirib ki, "Portu" ilə müqavilə imzalayan Kasilyası komandada saxlamaq istəyib:

"Mən heç bir zaman onun "Real"dan ayrılmağını istəmirdim. Kasilyas öz qərarı ilə "Portu"ya keçdi. Son iki ildə onun üzərinə təzyiqlər var idi. İkerin qərarına hörmət edirəm, ancaq kaş karyerasını "Real"da başa vursaydı. Bu klubun qapıları onun üçün hər zaman açıqdır".

Qeyd edək ki, İ.Kasilyas "Portu" ilə iki illik müqavilə imzalayıb.

Xatırladaq ki, İ.Kasilyasın anası Peresin təkidi ilə oğlunun "Portu"da transfer olunduğu iddia etmişdi.


Müəllif:
Загрузка...