26 İyul 2015 19:41

“Düşünürəm ki, baş məşqçimizin tapşırıqlarını yerinə yetirə bildik. Yoldaşlıq oyunlarında həmişə problemlər olur. Ancaq sınaq matçlarını unudub qarşıdakı oyuna köklənməliyik”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Seltik”in kapitanı Skott Braun klubun saytın açıqlamasında “Renn”lə yoldaşlıq görüşü (2:0) haqda danışarkən deyib.

Şotlandiya millsinin də kapitanı olan təcrübəli yarımmüdafiəçi Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşcaqları görüş haqda da fikirlərini bildirib:

”Qarabağ” son dövrlər yaxşı oyun nümayiş etdirir. Buna əsasən deyə bilərəm ki, Azərbaycan çempionu ilə görüşümüz çətin olacaq. Ancaq “Renn” üzərində qələbə bizə ümid verdi. Mövsümün əvvəlində “Qarabağ”la bizi böyük oyun gözləyir. Son qarşılaşmalarımızdakı oyun taktikamız özünü doğruldur. Güclü pressinq sayəsində rəqibin hücuma keçməsinə imkan vermirik. “Qarabağ”la oyunda da ənənəmizə sadiq qalacağıq”.

Qeyd edək ki, iyulun 29-da Şotlandiyada keçiriləcək oyun Bakı vaxtı ilə 23:45-də başlayacaq.


Müəllif:
Загрузка...