3 İyun 2014 10:45

"Çelsi" klubunun canlı əfsanəsi Frank Lempard komandadan ayrıldığını açıqlayıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, 35 yaşlı futbolçu 13 ildir şərəfini qoruduğu "Çelsi" ilə vidalaşıb.
"Zadəganlar"la Premyer Liqa və Çempionlar Liqasını qazanan Lempard son mövsümdə keçirdiyi 39 oyunda 7 qola imza atıb. Adı "Mançester Siti" ilə hallanan ingilis futbolçunun karyerasını Amerika Liqasında davam etdirəcəyi iddia edilir.
Qeyd edək ki, 2001-ci ildən "Çelsi"də çıxış edən Lempard meydana çıxdığı 429 matçda 147 dəfə rəqib qapılarına yol tapıb.

Müəllif:
Загрузка...