4 İyun 2014 17:27
341

Beynəlxalq Güləş Federasiyası (FILA) təqvim planı üzrə may ayında keçirilən yarışların nəticələrinə əsasən, iyun ayı üçün qadın güləşi üzrə güləşçilərin reytinq siyahısını açıqlayıb.

Azərbaycan Güləş Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, qadın güləşçilərin reytinq siyahısına 6 güləşçimizin adı daxil edilib.

48 kq
2. Mariya Stadnik (2)

53 kq
10. Patimat Baqomedova (9)
20. Angela Doroqan (20)

58 kq
5. İrina Netreba (5)

60 kq
1. Yuliya Ratkeviç (1)

75 kq
20. Səbirə Əliyeva (20)

Qeyd edək ki, mötərizədə yazılan rəqəmlər idmançıların ötən ayın reytinq siyahısında tutduqları yeri göstərir.


Müəllif: