4 İyun 2014 21:42
385

İspaniya millisinin yarımmüdafiəçisi Xabi Alonso komandasının qarşıdakı dünya çempionatında şanslarını dəyərləndirib.

Teleqraf.com-un məlumatına görə, "Marca" qəzetinə danışan təcrübəli futbolçu komandasının dünya çempionu titulunu qoruya biləcəyinə inandığını bildirib:

"Braziliya, Almaniya, Argentina və İtaliya dünya çempionu olmaq urğunda mübarizə aparacaqlar. Ancaq mundialda sürpriz olacağını da istisna etmirəm. İspaniya millisi titulunu qoruya bilər. Bu elə də asan görünmür. Lakin bizim dünya çempionatında uğurlu çıxış etməyimiz üçün kifayət qədər təcrübəmiz var. Qrup oyunlarına yaxşı hazırlaşmalıyıq. Çünki qrup mərhələsini keçə bilməsək, bu, bizim üçün uğursuzluq olacaq".


Müəllif: