6 İyun 2014 15:09
578

"Liverpul" Riki Lambertdən sonra daha iki futbolçunun transferi üçün razılıq əldə edib.

Teleqraf.com xəbər verir ki, bunlar gənc oyunçular Emre Can və Alberto Morenodur. "Qırmızılar" həm "Bayer", həm də "Sevilya" ilə razılığa gəlib. Emre Can İngiltərə klubuna təxminən 11 milyon avroya başa gəlib. 21 yaşlı Alberto Morenoya görə isə mersisaydlılar 25 milyon avro ödəyəcək. İspaniyalı müdafiəçi yeni komandasıyla 5 illik müqavilə imzalayacaq.

Hər iki transfer rəsmiləşməsə də, bunun gələn həftə baş tutacağı deyilir.

Aygün İlqarqızı


Müəllif: