10 İyun 2014 12:44
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya çempionatı öncəsi zədələnən fubolçular siyahısına Neymar da düşüb.

Teleqraf.com xəbər verir ki, Xorvatiyaya qarşı oynanacaq açılış matçı öncəsi baş tutan son təlim-məşqlərdə zədələnən Neymarın vəziyyəti hər kəsdə təəccüb və kədər yaradıb. Braziliyalı ulduzun vəziyyəti haqda dəqiq məlumat verilməsə də, müayinədən sonra açılış matçında oynayıb-oynamayacağı bəlli olacaq.

Neymarın zədəsinin ayaq biləyində olduğu iddia olunur.

Qeyd edək ki, Riberi, Falkao, Royus, Benteke, Montolivo, Strutman kimi uluduzlar aldıqları zədə üzündən dünya çempionatında iştirak edə bilməyəcəklər.

Aygün İlqarqızı


Müəllif: