13 İyun 2014 11:26
505

14-15 iyun 2014-cü il tarixdə Şamaxı Olimpiya İdman Kompleksində veteran güləşçi, dünya çempionu Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə yeniyetmələr arasında II Respublika turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, yarışlar hər gün saat 10.00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi iyunun 14-də saat 16.00-da baş tutacaq.

Açılış mərasimindən sonra veteran güləşçilər arasında yoldaşlıq görüşü də təşkil olunacaq.

Qalib və mükafatçılar medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.


Müəllif: