13 İyun 2014 12:01
1 577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hal-hazırda azərbaycanlı gimnast Jalə Piriyeva Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında yuniyorlar arasında A təsnifat qrupunun lideridir.

Trend-in məlumatına görə, hakimlər Piriyevanın çıxışını ümumilikdə 31.466 balla qiymətləndiriblər: 16.100 bal halqa və 15.366 bal top ilə çıxışa görə.

А qrupunda çıxış edən digər idmançımız Züleyxa İsmayılova isə ikincidir. İsmayılova hakimlərdən 30.349 bal alıb: halqa və topla çıxışlara görə müvafiq olaraq 15.083 və 15.266 bal.

Hazırda komanda hesabında Azərbaycan 61.815 balla birinci yeri tutur. İkinci yerdə Rumıniya (54.190 bal) gəlir. Üçüncü yerdə isə Estoniya idmançıları qərarlaşıblar. Onların aktivində 54.050 bal var.
Cümə günü Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yubiley - ХХХ Avropa çempionatı başlayıb.

Bakıda artıq üçüncü dəfə keçirilən turnirdə qitənin 33 ölkəsindən 258 idmançı mübarizə aparır. Onlar 9 medal dəsti uğrunda yarışırlar.

Yarışın ilk günündə A, В və С qruplarında yuniorların fərdi təsnifat turniri keçiriləcək. Gimnastlar top və halqa ilə çıxış edəcəklər.

Bundan başqa, iyunun 13-də senyorların 10 gürzlə, eləcə də 3 top və iki lentlə tapşırığı yerinə yetirəcəkləri qrup komandalarının yarışı da keçiriləcək.

Bədii gimnastika üzrə Avropa çempionatı iyunun 15-dək davam edəcək.


Müəllif: