21 Aprel 2014 17:08
464

Fransa nəhəngi PSJ baş məşqçisi Loran Blanla uzun müddət iş birliyində olmaq istəyir.

Teleqraf.com xəbər verir ki, paytaxt təmsilçisi mütəxəssisə yeni müqavilə təklif edib.

Təcrübəli mütəxəssis Paris təmsilçisinin sükanı arxasında daha iki qalacaq. Yaxın günlərdə Blanla rəsmi müqavilə imzalanacaq. Lakin Blanın qarşıdakı iki il ərzində nə qədər maaş alacağı haqda məlumat verilməyib. Blan 2013-cü ildən PSJ klubunu çalışdırır.


Müəllif: