18 İyun 2014 13:10
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yüngül atletikanın yaşayan əfsanəsi sayılan Karl Luis dünyanın ən sürətli adamı Useyn Boltla bağlı qalmaqallı açıqlama verib. Luis 2008-ci ildə baş tutan Olimpiya oyunlarında Boltun qazandığı uğurlarla bağlı şübhələrinin olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Karl Luis yamaykalı sprinterin bir illik nəticələri arasında böyük fərq olduğunun vurğulayıb:

“Bir il 10.03 nəticə verirsən, sonra isə 9.69… Əgər həmin göstəricilərin sonuna bir sual işarəsi qoymusunuzsa, bu, siz bir axmaqsız deməkdir”.

Əfsanəvi atlet Asafa Povell və Şeron Simpsonu nümunə göstərərək Yamaykanın dopinq nəzarətinə güvənmədiyini də qeyd edib.

Bir neçə il əvvəl belə açıqlamalar verdiyinə görə, yamaykalıların və Useyn Boltun ona təziqlər göstərdiyini bildirən Luis "Dediklərim həqiqət çıxan zaman heç kimdən səs gəlmədi” deyə bildirmişdi.

Xatırladaq ki, Bolt 2012-ci ildə keçirilən olimpiya oyunları zamanı verdiyi açıqlamada Karl Luisə hörmət etmədiyini demişdi.

Aygün İlqarqızı


Müəllif: