12 İyul 2016 10:51

Rusiya ilə münasibətlərin normallaşmasından Türkiyə iqtisadiyyatının qazancı məlum olub.

Teleqraf.com xəbər verir ki, “Ata Yatırım” bununla bağlı Geopolitik Risk hesabatını açıqlayıb. Hesabata görə, xüsusilə turizmlə bağlı tətbiq edilən sanksiyaların aradan qaldırılması ilə Türkiyə Rusiya bazarındakı əvvəlki payına yenidən sahib olacaq.

Türkiyənin Almaniyadan sonra ən böyük ticarət ortağı Rusiya idi. İki ölkə arasında siyasi münasibətlərin normallaşması Türkiyə iqtisadiyyatına yenidən ciddi fayda verəcək. 2015-ci ildə iqtisadi əlaqələrin zəifləməsindən sonra Türkiyə Rusiya ilə iqtisadi münasibətlərdən 4,5-5 milyard dollar gəlir əldə edəcək.

Ümumilikdə iqtisadi əlaqələrin bərpa olunması Türkiyənin ticarət və turizm sektoruna növbəti 2 ildə 10 milyard dollar qazandıracaq (Fins.az).


Müəllif:
Загрузка...