18 May 20:52
191

Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə departamentinin baş direktoru Elçin Bəylərovun qəzetimizə müsahibəsinin başlıca mövzusu regionların inkişafının vergi daxilolmalarına təsirinə həsr edilib.

2016-cı ildə vergi daxilolmaları 600,8 milyon manat təşkil edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə departamentinin baş direktoru Elçin Bəylərov “Vergilər” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, regionların inkişaf etdirilməsi ilə bağlı 2004-cü ildən başlanılmış siyasətin davamı olaraq təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edib: “Dövlət proqramlarının uğurlu icrası nəticəsində bu il respublikanın 33 şəhər və rayonu öz xərclərini mərkəzləşdirilmiş büdcədən dotasiya almadan vergilərin hesabına formalaşdırmalıdır. Regionlardakı vergi ödəyicilərinin əksər hissəsinin fəaliyyəti kənd təsərrüfatı ilə əlaqədardır və 1999-cu ildən bu sahənin, torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad olunmasına baxmayaraq, 2016-cı ildə vergi daxilolmaları 600,8 milyon manat təşkil edib”.
Elçin Bəylərovun qeyd edib ki, Dövlət Proqramının qəbulundan əvvəlki 2003-cü ildə bu rəqəm 37,7 milyon manat olub: “Beləliklə, son 15 ildə regionlardan vergi daxilolmaları 16 dəfə artıb”.

İlhamə ƏBÜLFƏT


Müəllif: Teleqraf.com