9 Sentyabr 16:01
220

ABŞ-ın mərkəzi bankı olan FED-in Nyu York şöbəsinin sədri Vilyam Dadli CNBC telekanalına müsahibəsində qasırğaların faiz dərəcələrinə təsirindən danışıb.

Teleqraf.com-un məlumatına görə, Dadli hesab edir ki, qasırğalar faizlərin artırılacağı tarixlərə təsir göstərə bilər:

"Qasırğa səbəbindən ABŞ-da 3-cü rübdə iqtisadi artım ləngiyə bilər. Bu da FED-in dekabr ayında faiz artıracağı ehtimalını azaldır. Üstəlik inflyasiya da sürətlənmir".

Ölkə iqtisadiyyatında inflyasiyanın FED-in 2 faiz hədəfindən aşağı qaldığını vurğulayan Dadli səbrli olmağa çağırıb.


Müəllif: Teleqraf.com