15 Oktyabr 2017 17:45
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları Minskdə keçiriləcək beynəlxalq forumda iştiraka dəvət olunurlar.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) Teleqraf.com-a bildiriblər ki, MDB iştirakçı dövlətlərinin oktyabrın 26-27-də Minsk şəhərində maliyyə-bank sahəsinə həsr olunmuş "Minsk işgüzar görüşləri" adlı beynəlxalq forumu keçiriləcək. Forumda milli (mərkəzi) bankların və birjaların, maliyyə institutlarının, bank birləşmələrinin nümayəndələrinin, o cümlədən MDB-yə üzv dövlətlərin innovasiya və investisiya şirkətlərinin rəhbərlərinin iştirakı gözlənilir.


Müəllif: Teleqraf.com