Azərbaycan nefti bahalaşıb.
Teleqraf.com xəbər verir ki, Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 76,25 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1 dollar/barel çoxdur.
Türkiyənin Ceyhan limanında isə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 24-də 75,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,99 dollar/barel çoxdur.