4 Fevral 2015 04:34
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il içki istehsalında 8,1 faiz artım müşahidə olunub.

Emal bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 2014-cü ildə 7,6 milyard manat dəyərində və ya əvvəlki ilə müqayisədə 2,2 faiz çox məhsul istehsal olunub, sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən Teleqraf.com-a bildiriblər ki, qida, içki və tütün məmulatlarının istehsalı müəssisələri tərəfindən 2,7 milyard manat həcmində məhsul istehsal edilib, əvvəlki illə müqayisədə qida məhsullarının istehsalında 1,4 faiz, içki istehsalında 8,1 faiz, tütün məmulatlarının istehsalında isə 1,7 dəfə artım müşahidə olunub.


Müəllif: