23 İyun 2014 15:44

Əməkdar artist Tünzalə Ağayeva şəxsi həyatı ilə gündəmə gəlib.

Teleqraf.com xəbər verir ki, sənətçi “Şoubiz+” verilişinin müxbiri ilə söhbətində maraqlı açıqlama verib.

“İkinci dəfə ailə qurmaq niyyətiniz var?” sualına cavab olaraq əməkdar artist bunları deyib:

“Ailə qurmuşamsa da, qurmamışamsa da, bu mənə aiddir. İstəmirəm ki, bunu mediyaya çıxarım. Sadəcə, onu deyə bilərəm ki, mən həyatda xoşbəxt bir qadınam, anayam, bacı və övladam. Qadına məxsus olan bütün xoşbəxtliklər məndə var. Şəxsi həyatımda baş verənləri miktafon qarşısında danışmağı sevmirəm. Bu, insan olaraq mənim haqqımdır”.

Qeyd edək ki, Tünzalə Ağayeva hazırda klipmeyker kimi fəaliyyət göstərən Rəhman Əliyevlə evli olub. Oların bu nikahdan bir qız övladı var.

Aytən Həsənova


Müəllif:
Загрузка...