11 İyul 2016 19:22
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliyalı ulduz Kriştiano Ronaldo ilə sevgili olduqdan sonra gündəmdən düşməyən model İrina Şeyk hazırki sevgilisi ilə də yetərincə diqqət mərkəzindədir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Hollivud ulduzu Bredli Kuperlə sevgili olan İrina onunla birgə "Uimbldon" tennis turnirinin final oyununa gedib. Lakin stadionda xoşagəlməz hadisə baş verib. B.Kuper keçmiş sevgilisi ilə rastlaşdığı üçün cütlük arasında mübahisə olub.

İrinanın sevgilisindən küsdüyü anlar görüntülənib.


Müəllif: