13 İyul 2016 14:33

Mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov hüquq-mühafizə orqanlarına müraciət edib.

O, müraciətində Mehriban Hüseynovanın günahsız olduğunu bildirib və Orxan Nadirovun Mehribanı evində girov saxlayaraq işgəncə verdiyini, bu işgəncəni videoya çəkdiyini deyib.

Orxan Nadirov isə Teleqraf.com-a açıqlamasında Mehriban Hüseynovanın həyat yoldaşının ittihamları ilə razılaşmayıb və video çəkilən zaman evdə olmadığını deyib: “Video çəkiləndə evdə olmamışam. Mehriban xanımın yaddından çıxıbsa, mən onun yadına salıram ki, orada olmamışam. Ondan sonra evə getmişəm. Mən də o hadisələrə videoda baxmışam”.

Orxan Nadirov mərhumun həbsdəki köməkçisini gecə saat ikiyə qədər evdə girov saxlamadığını da etiraf edib: “XXI əsrdə yaşayırıq. XVI əsr deyil ki, kimisə evdə girov saxlayasan. Əgər belə bir hadisə baş vermişdisə niyə hüquq mühafizə orqanlarına müraciət etmədi? Evin yaxınlığında polis idarəsi var idi, çıxandan sonra müraciət edə bilərdi. Niyə bu qədər sonra yadına düşüb ki, Orxan onu girov saxlayıb? Boş söhbətdir…

Hüquq mühafizə orqanlarımız çox gözəl işləyir. Müstəntiq Müşfiq Abbasov işinin peşəkarıdır. Hər şeyi yerli-yerində bilir. İşi aparan müddətdə Mehriban Hüseynovanın dediyi sözlərdə əsas görsəydi, məni də çağırıb dindirərdilər”.

O.Nadirov İlhamə Quliyevanın bacısı Gülbahar Quliyevanın varisliklə bağlı məhkəməyə müraciət etməsini də normal qarşıladığını deyib.

Rəqsanə


Müəllif:
Загрузка...