25 İyul 2016 15:36

Muğam ifaçısı Gülay Zeynallı “Hit parad”ın qonağı olub.

Teleqraf.com xəbər verir ki, muğam ifaçısı “ATV maqazin onlarla” verilişində həmkarlarının ifasını qiymətləndirib.

İfaçı Murad Arifin “Dondurma” mahnısını 10-cu pilləyə layiq görərək “Maşınımda Murad Arifin diski yoxdur. Onu dinləmirəm. Avtomobilimdə Abbas Bağırovun diski var. Övladım onu çox sevir” deyib.

Xanəndə müğənni Günay İbrahimlini 9-cu sıraya layiq görüb, onu Sevda Ələkbərzadə və Lalə Məmmədovayla müqayisə edib: “Günayın “Dəlisiyəm gecənin” mahnısı daha maraqlı idi. Sevda Ələkbərzadə mahnılarımızı dünyada təbliğ edir. Nəinki mən, hətta digər cavan ifaçıların da o işləri görməsinə çox vaxt var. Günay ilə rəfiqə deyiləm. Bilənlər bilir, mənim iki-üç rəfiqəm var”.

Gülay Nigar Camalı 8-ci sıraya layiq bilib: “Gözəllik müsabiqəsi olsaydı, Nigar Camalı birinci yerə layiq görədim. Yaxşı oxuyur, amma mahnıları zövqümcə deyil”.

Gülay 7-ci sıraya Ceyhun Qalanı, 6-cıya Çingiz Mustafayevi, 5-ciyə Əhmədi, 4-cü sıraya isə Natavan Həbibini layiq görüb.

İlk üçlükdə Sevda Ələkbərzadə, Lalə Məmmədova və Zamiq Hüseynovun ifasını qiymətləndirib.

Rəhim Rəhimlini “Hit parad”dan uzaqlaşdıran xanəndə onun ifalarının zövqüncə olmadığını deyib.

Rəqsanə


Müəllif:
Загрузка...