4 İyul 2014 10:56
3 856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adriana: “Dubayda İrina Şeyk olduğumu düşünürdülər”

Braziliyalı model Adriana Lima tez-tez İrina Şeykə bənzədilməsi ilə bağlı suallarla üz-üzə qalır.

Teleqraf.com Axşam.az-a istinadən xəbər verir ki, 33 yaşlı ulduz 28 yaşlı həmkarı İrinaya hörmət etdiyini deyib:

“O, həqiqətən gözəl və şən qadındır. Olduqca ağıllıdır. Sizə bir hadisə danışacağam. Bir dəfə Dubayda taksidən düşəndə hər kəs mənə yaxınlaşaraq İrina olduğumu düşünür və heyrətlə baxırdı. Bu, çox gülməli və maraqlı idi”.

Lima iddia edib ki, model biznesində düzgün rəqabət yoxdur.

Şəxsi həyatından da danışan Adriana söyləyib ki, bu günündən məmnundur:

“Bilmirəm həyatım necə olacaq, amma sevgi haradasa buralardadır”.

Aktyorluq sahəsində də özünü sınamaq istədiyini vurğulayan Lima bu sahədə uğur qazanıb-qazanmayacağına tərəddüd edir.


Müəllif: