7 İyul 2014 15:51
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış iş adamı Rza Zərrab həyat yoldaşı Ebru Gündəşə təzə balıq yedirtmək üçün qəribə bir yola əl atıb.



Hazırda yoldaşı və qızı ilə Bodrumdakı lüks villasında istirahət edən Zərrab Ebruya olan sevgisini bir dəfə daha sübut edib.

Belə ki, Ebru Gündəşin Bodrumda olduğu müddətdə axşam yeməklərində ümumiyyətlə balıq yediyini müşahidə edən Zərrab həyat yoldaşına təzə balıq yedirtmək üçün xüsusi bir dalğıc qrupu yaradıb.

Zərrab Gündəşin ürəyi nə vaxt balıq istəsə xüsusi dalğıc qrupuna xəbər verir. Dərhal Bodrum sularına enən dalğıclar ən təzə balıqları tuturlar. Tutulan balıqlar isə aradan 1 saat keçməmiş cütlüyün evində bişirilir.

Bodrumda olduqları müddət ərzində gözlərdən uzaq bir həyat sürən məşhur cütlük bununlada təzə balıq yemək üçün restoranlara getməkdən xilas olublar.

/ans press/


Müəllif: