10 İyul 2014 11:07
831

Dünyanın ən möhtəşəm saprano səs tembrinbə malik opera müğənnisi Anna Netrebko azərbaycanlı tenorla ailə həyatı quracaq.

Annanın yaxınları bu barədə mətbuata məlumat veriblər.

Onlar bildiriblər ki, opera ifaçısı azərbaycanlı Yusif Eyvazovla nikah bağlayacaq.

“Yusif bu il “Facebook” səhifəsində ürəyinin boş olduğunu yazıb. Daha sonra o Anna ilə qarşılaşıb. Onlar bir-birlərini seviblər. Yusif birlikdə çəkdirdikləri şəkili sosial şəbəkədə paylaşıb. Daha sonra o şəklə "bu sevgi və xoşbəxtlikdir" rəyni yazıb”.

Cütülüyün hələ nişanlanmadığı bildirilir.

Yusif Eyvazov Bakı Musiqi Akademiyasını bitirib. Böyük teatrda və Milan Teatrında aparıcı rollarda çıxış edib.

Qeyd edək ki, Anna Netrebko keçən ilin noyabrında öz oğlunun atası olan uruqvaylı tenor Ervin Şrottomdan boşandığını elan edib. Onların nikahı altı il davam edib.

/ans press/


Müəllif: