11 İyul 2014 12:51

İsrailin Fələstinin Qəzza bölgəsinə hücumları milyonlarla insan təki, məşhur türk müğənni Yıldız Tilbeni də hiddətləndirib.
O, Twitter-dəki profilində irqçi, antisemit tvitlər yazıb.
Y.Tilbenin tvitləri belədir: "İsrailin sonuna az qaldı. Sizi nə divarlarınız, nə də əkdiyiniz o ağaclar qurtarmayacaq. Sizə ölüm də olmayacaq, şeytanın övladları Amerika, İsrail", "Allah Hitlerdən razı olsun. Bunlara hələ az edib. Nə qədər haqlıymış adam", "Bu yəhudilərin axırına müsəlmanlar çıxacaqlar. Allahın izni ilə az qaldı, az", "İftara necə az qaldısa, sizin sonunuza da o qədər az qaldı".
Bu irqçi və antisemit açıqlamaları qəzəblə qarşılananda isə Yıldız Tilbe yazıb: "Hər çirkinlik bu adamlardadır. Bunlar işğal edir, avropalılar da onları dəstəkləyirlər. Mən irqçi deyiləm. Bütün irqçiliyi Allah yox etsin. Baxın, nə haldadırlar. Özlərindən başqa heç bir milləti tanımayanların əməllərinə baxın..."
Y.Tilbenin pərəstişkarları ona "Sən ağlını itiribsən, mənəviyyatsız və tərbiyəsiz sözlər yazırsan" tipli cavablar veriblər.
/milli.az/

Müəllif: