14 İyul 2014 14:55
574

“Eurovision -2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov solo konsert verəcək.

İfaçının “Eldar summer live show” adlı konserti “Jumeirah Bilgah Beach Hotel‎”dəki “Equinox Beach Club”da baş tutacaq.

E.Qasımov bildirib ki, konsertində maraqlı sürprizlər olacaq:

“Bu konsertim çox fərqli olacaq. Məni dinləməyə gələnlərə bol əyləncə və sürpriz vəd edirəm. Onu da deyim ki, sürprizim hər kəsi təəccübləndirəcək”.

İyulun 18-də keçiriləcək konsert “KKM production” tərəfindən reallaşacaq.

Konsertin biletlərini “Park Bulvar”ın I mərtəbəsində edə bilərsiniz.

Xatırladırıq ki, E.Qasımov bu ilin martında “The One” adlı solo-club konserti vermişdi.

/tabloid/


Müəllif: