17 May 2017 23:25
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Rafet El Roman Bakıya gələcək.

Teleqraf.com xəbər verir ki, bu barədə təşkilatçı Nahid Emiloğlu bildirib. Onun sözlərinə görə, konsert iyunun 16-da “Elite Events Hall”da baş tutacaq:

“Gecə açıq havada keçiriləcək. Rafet sevilən mahnılarını pərəstişkarları üçün səsləndirəcək. Konsertdə yerli məşhurlar da çıxış edəcək. Mayın 17-dən 21-dək bilet alanlara xüsusi güzəşt olacaq. Belə ki, bir nəfər üçün biletin qiyməti menyu daxil 100 manat olacaq”


Müəllif: Teleqraf.com