23 May 2017 23:25
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün xalq artisti Aygün Bayramovanın toy məclisi keçirilib.

Teleqraf.com-un məlumatına görə, 49 yaşlı muğam ifaçısı İran vətəndaşı olan Fəraməz Gərmrudi ilə ailə həyatı qurur.

Cütlüyün toyu Bakıda yerləşən otellərdən birində keçirilir. Məclisə sənət aləminin tanınmış simaları dəvət olunub.

Qeyd edək ki, bu, A.Bayramovanın ilk nikahıdır.

F.Gərmrudi musiqiçidir və dəfələrlə Bakıda keçirilən konsertlərdə çıxış edib. 62 yaşlı bəy İranda Almaniyanın məşhur “KÖHEL” avtomobillərinin rəsmi distribüteridir.


Müəllif: Teleqraf.com