18 İyul 2014 14:44
647

Dəbli geyimləri, dəb alyaşı ilə Türkiyə mətbuatının ən çox diqqət çəkən simalarından olan müğənni Sibel Canın oğlu yenə təəccübləndirib.

Geyimləri ilə daim diqqət mərkəzində olan ifaçının oğlu Engincan kameralara tuş gəlib. İstanbulu təsiri altına alan yağış deyəsən gəncin də başını qarışdırıb.

Ötən gün anası, bacısı Melisa və qardaşı Emir ilə birlikdə alış-veriş etmək üçün ticarət mərkəzlərindən birinə yollanan Engincan Ural görənləri təccübləndirib. Gənc yağışın yağmasına baxmayaraq isti keçən havada əyninə qalın qış gödəkçəsi geyinib.

Qeyd edək ki, Engincan Ural Mayamidə ali təhsil alır. Təhsilini bitirdikdən sonra anası Sibel Can ona Mayamidə şirkət quracağını deyib.

/ans press/















Müəllif: