20 İyun 2017 11:41
1 739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə Natavan Həbibinin İnstaqram səhifəsi izləyici axınına məruz qalıb.

Teleqraf.com xəbər verir ki, reper Dado (Səid) ilə yenicə evlilik qərarı verən Natavanın gecə yerləşdirdiyi bir video 40 mindən çox baxış yığıb. Bu videoda öz evindəki dəhlizdə qonaqlarla sağollaşan Natavan Xuraman Şuşalının oğlu balaca Abbası qucağına götürüb onu öpməsini xahiş edir. Abbas bir dəfə Natavanın yanağından öpür, ikinci dəfə onun üzünü əlləri ilə sıxaraq, məcburi şəkildə dodağından öpür. Bundan şok olan Natavan Abbasdan “Nişanlı qızı öpərlər? Səidə deyim?”- deyə soruşur , Abbas isə başı ilə “yox” cavabı verir.

Sonra Natavan bu komik videonu öz səhifəsinə yerləşdirərək, “Xuraman, gecə-gecə bu nə idi belə?” yazıb və nişanlısı Dadonu işarələyərək, “Mən günahkar deyiləm”, – deyə qeyd edib.


Müəllif: Könül Əlibəyli