25 İyun 2017 11:18
1 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qara sevda”dan tanınan aktyor Burak Özçivitlə ailə qurmağa hazırlaşan aktrisa Fəxriyyə Evcenin xına gecəsi baş tutub.

Teleqraf.com xəbər verir ki, aktrisanın xına gecəsindən fotolar bütün türk mediasında yayılıb. Fotolarda gəlinin yanında həmkarları Sinem Kobal, Ebru Akel və bir çox tanınmışlar görünür. Əvvəlcə milli üslubda paltar geyinən aktrisa, daha sonra qırmızı donu ilə diqqət çəkib.

Qeyd edək ki, 3 ildir sevgili olan Fəxriyyə ilə Burakın toy günü iyunun 29-a planlaşdırılır.


Müəllif: Könül Əlibəyli