28 İyun 2017 21:14
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış futbol ulduzu Devid Bekhemin oğlu Bruklin Bekhem dünən “Gördüklərim” kitabının təqdimat mərasimini keçirib.

Teleqraf.com xəbər verir ki, Londonda baş tutan tədbirdə o, öz fotorobotlarının sərgisini də reallaşdırıb.

Devid Bekhem və dünyaca məşhur müğənni- model Viktoriya Bekhem Bruklini dəstəkləmək üçün tədbirə qatılıb. Tədbirdə onun qardaşları Romeo və Kruz, nənəsi Sandra Uest və Ceki Adams, babası Entoni Adams, xalası Luis Adams və tailənin bütün yaxın dostları iştirak edib.

Kitabda Bekhemin 300 əl işi nümayiş olunub ki, bunların da yarısı ailənin heç yerdə olmayan fotolarıdır. Kitabda göstərilən hər bir fotonun altında müəllif şəklin çəkilmə məkanı, zamanı və hətta valideynlərinin reaksiyası barədə kiçik məlumatlar da qeyd edib.

Qeyd edək ki, Bruklin çıxış edərkən “Mən gizli çəkməyi sevirəm. Anam görəndə ki, mən onun şəklini çəkirəm, mənə poz verməyə başlayır. Mənsə süni pozları sevmirəm və heç bir fotonu əvvəlcədən quruluş verərək çəkmirəm” deyib.

Könül Əlibəyli


Müəllif: Teleqraf.com