12 İyul 13:06
501

Natavan Həbibin qadın qonaqları yalnız yaşıl, qırmızı və ağ donlarda görmək istəməsi qadağa sayılmamalıdır. Heç kim başqasına geyim qadağası qoya bilməz. Bu, sadəcə xahiş, yəni “dress-kod” istəyi ola bilər. O qədər “dress-kod”lu tədbirlərə dəvət alırıq ki?!

Elə bilirsiniz hamı elə “dress-kod”a uyğun geyinir? Bəlkə birinin qarderobunda heç o rəngdə geyim yoxdur… Kimsə indi bu toya görə yeni geyim almaq məcburiyyətindədir?

Toya dəvət alan tanınmış modelyer Gülnarə Xəlilova Teleqraf.com-a açıqlamasında müğənni Natavan Həbibinin toy dəvətnaməsindəki “dress-kod”a münasibət bildirərkən deyib.

Modelyer hesab edir ki, toya dəvətliləri şərtlərə məcbur etmək olmaz: “Yenə deyirəm, bu, sadəcə Natavanın arzusu, istəyi ola bilər. Qonaqlar bu “dress-kod”u rahatlıqla poza bilərlər…”

Qeyd edək ki, Natavan Həbibi bir neçə gün sonra baş tutacaq toyu ilə bağlı qəribə qadağalar qoyub. Belə ki, qonaqlar zala telefonsuz daxil olmalı, qadınlar yalnız ağ, yaşıl və qırmızı donlarda, kişilər isə ağ və qara kostyumlarda gəlməlidirlər.

Toya dəvət alanların sırasında olan müğənni Xəyyam Nissanov bunu böş söhbət adlandırıb: “Çox mənasız mövzudur. Toya dəvət almışam, amma belə boş söhbətləri eşitmək də istəmirəm”.

Prodüser Tarix Əliyev (Tolik) isə belə bir fikir bildirib:

“Natavanı qınamıram. O, sadəcə bəzi jurnalistlərin lazımsız fotoları yaymasının qarşısını almaq istəyir. Mən bunu başa düşürəm”.

Natavan Həbibi özü bu məsələ ilə bağlı danışmaq istəməyib.


Müəllif: Könül Əlibəyli