18 İyul 2017 21:21
1 543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rejissor Kənan Mahmudov “Gecə qonağı” filminin ikinci hissəsini təqdim etməyə hazırlaşır.

Bu barədə müəllif özü Teleqraf.com-a danışıb: “Özümə söz vermişəm ki, 2 il ərzində sosial şəbəkələrdə filmlə bağlı heç bir şərhi oxumayacağam. Bundan əvvəlki şərhləri oxudum. Bir az kədərləndim. Filmi bizim çəkdiyimizə inanmadılar. Buna da inanmayacaqlar. Bunu lift ustası, kamaz sürücü çəkməyib. Bunu rejissor çəkib!”

Rejissor yaradıcı heyətdən də danışıb: “Gecə qonağı -2" indiyə kimi çəkdiyim filmlərdən biri yox, birincisidir. Musiqi, görüntü rejissoru Türkiyədən gəlib. İdeya İlqar Fəhminin, ssenari özümündür.
Baş rolda aktrisa Pərvin Abıyeva və oğlum Hüseyn çəkiliblər".

Kənan M.M. “Gecə qonağı-1”in baş roluna çəkilən Fərda Xudaverdiyevin bu dəfə filmdə görünməməsinin səbəbini də açıqlayıb:

"Düzünü desəm, çox pul istədi, mən də verə bimədim. Fərda istədiyindən də artıq pula layiqdir. Amma biz əlimizdə olanlarla hərəkət etdik".

Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Kənan M.M-dir. Film oktyabrın 1-dən kinoteatrlara çıxacaq.


Müəllif: Könül