17 Sentyabr 19:28

Bu gün Moskvanın ən möhtəşəm saraylarından sayılan “Safisa”da erməni milyarder, “Taşir” şirkətlər qrupunun sahibi Samvel Karapetyanın oğluna dəbdəbəli toy edib.

Teleqraf.com xəbər verir ki, Karapetyanın toyunda Rusiyanın məşhur müğənniləri Alla Puqaçova, Filipp Kirkorov, Nikolay Baskov, jurnalistlər Kseniya Sobçak və Andrey Malaxov, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, xanımı Tatyana Navka, italyalı müğənni Eros Ramazotti, həmçinin Ermənistan prezidenti Serj Sarkisyan, baş nazir Karen Karapetyan və digər tanınmışlar iştirak ediblər.

Toya Ermənistandan xüsusi rəqqaslar gətirilib, maraqlı şou-yarışlar keçirilib. “Safisa” sarayı toy müddətində xüsusi mühafizə olunub.


Müəllif: Teleqraf.com