20 Sentyabr 2017 12:33
1 257
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elza Seyidcahanın pişiyi Ceyla ölüb.

Teleqraf.com xəbər verir ki, müğənni bu haqda İnstaqram səhifəsində yazıb.

O bildirib ki, Ceyla 11 ildir onların evində yaşayırdı:

“Ceylam bizi tərk etdi. Həyatın qanunudur, hamımız bir gün gəlib, bir gün gedəcəyik. Əsas odur ki, xoş xatirələr qalsın. Ceyla 11 il bizimlə qaldı. Qızım Gülşən ona necə baxdı... Bəlkə bəzi insanlar heç öz valideynlərinə elə qulluq etməzlər. Ceyla tarixə düşən pişik oldu. Verilişlərdə, filmlərdə qaldı.

Hamını öpüb yola salırdı. Əsərlərimi, şeirlərimi hamıdan yaxşı tanıyırdı. Səmərrux ağlayan kimi tez yanına gedirdi, miyoldayıb bizi çağırırdı ki, gəlin. Hələ mən yolda olanda gəlişimi hiss edib, qapıda gözləyərdi. Heyvanların vəfasından danışmaqla bitməz. Biz insanlar dərk etməliyik ki, bizi yaxşı əməllərimiz yaşadacaq. Ceyla kimi…”


Müəllif: Elvin