3 Oktyabr 14:36

“Maşın” realiti şousunun baş redaktoru Tural Sevdimalı media-konfransda budəfəki şouda nəzərdə tutulan yeniliklərdən danışıb.

Teleqraf.com xəbər verir ki, Tural Sevdimalı “Maşın”ın əvvəlki şou-proqramlarında qadınların azlıq təşkil etdiyini, bu dəfə isə qadın-kişi bərabərliyinin təmin edildiyini deyib: “Maşın uğrunda bu dəfə 9 kişi, 9 qadın mübarizə aparacaq”.

“M Qrup Prodakşn”ın təşkil etdiyi media-konfransda həmçinin “Maşın” şounun "Xüsusi sürət" adlı özəl buraxılışı olan "Film haqqında film" barədə də məlumat verilib. Həmin filmin anonsu ilk dəfə jurnalistlər üçün nümayiş olunub.

"Xüsusi sürət" oktyabrın 8-də saat 18:15-də ATVdə yayımlanacaq. Bir saatlıq ekran işində son “Maşın” şouda baş verənlər bütün xırdalıqlarına kimi göstəriləcək.

"Xüsusi sürət"in rejissoru Orxan Əli, operatoru Roman Yaşardır.


Müəllif: Şəfiqə