2 Avqust 2014 21:54

Şəhidlərimizin ruhuna hörmətsizlik edən reper Elşad Xose sosial şəbəkələrdə qınanılıb.

Teleqraf.com xəbər verir ki, E.Xose İnstagram-da hovuzda çəkilmiş fotosunu paylaşıb və yazdığı şərhlərə görə izləyicilərin tənqidinə məruz qalıb.

E.Xosenin fanatları Ermənistan-Azərbaycan sərhəddində atışma zamanı şəhid olan əsgərlərimizin ruhuna hörmət etməyi tələb ediblər və bu gün Nabranda keçiriləcək “parti”yə görəonu qınayıblar.

Elşad Xose isə qaçqın və məcburi köçkünlərin ünvanına ağır sözlər səsləndirib: “Camaat istirahət etməsin ki, matəmdir? Axı matəm deyil. Bayrağı salanda biz də matəm edərik. Bu gün Nabranda əyləncə də keçirəcəyik. Mən işimdən qalan deyiləm. Əsgərlər ölüblər, Allah rəhmət eləsin. Onlar nə üçündür bəs? Əsgər ölməyə gedib də... Qaçqınlar indi “xod gedir”. Yaxşı oğlanlar idiniz, orada axıradək dayanardınız. Mən sənin yerinə gedib torpaq alacam?”.


Müəllif:
Загрузка...