5 Avqust 2014 16:02

Türkiyə sənət aləminin tanınmış simaları cəbhədə həlak olan şəhidlərimizlə bağlı başsağlığı veriblər.

Qardaş ölkənin sənət adamları da vətənimizin ağır günündə bizə dəstək oldular.


Azərbaycanlı iş adamı Reza Zərrabın həyat yoldaşı, müğənni Ebru Gündeş qara lent şəkli paylaşaraq bunları qeyd edib:

“Azərbaycanda şəhid var. Başımız sağ olsun. Məkanları cənnət olsun”.

Müğənni Soner Sarıkabadayı “Vətən, başın sağ olsun” şərhini paylaşıb.


İfaçı Rafet El Roman “Facebook” səhifəsində şəhid ailələrinə başsağlığı verib:

“Azərbaycanda şəhid olan bütün əsgərlərə Allahdan rəhmət, ailələrinə sağlamlıq, səbr və başsağlığı diləyirəm. Tezliklə silahların susmasını, barışıq və sülh olmasını arzulayıram”.


Müğənni Alişan isə Azərbaycan bayrağının fotosunu paylaşaraq “Dərdiniz bizim də dərdimizdir. Azərbaycanımızın başı sağ olsun” şərhini yazıb.


Müəllif:
Загрузка...