15 Fevral 2018 08:22
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Klipindəki açıq səhnələrə görə Türkiyə Radio-Televiziya Ali Qurumu (RTÜK) tərəfindən cərimələnən müğənni Hadisə yeni klipinə tamamilə qapalı geyimdə çəkilib.

Teleqraf.com "sondakika.com"a istinadla xəbər verir ki, Hadisə “Sıfır Tolerans” adlı mahnısının akustik versiyasına çəkilən yeni klipini təqdim edib.

Müğənninin sözügedən mahnısına çəkilən klipinin ilkin versiyasında erotik səhnələrə görə RTÜK klipi yayımlayan telekanalları cərimələyib.

RTÜK-ün qərarına görə, "Power Türk", "Dream Türk", "Viva", "Kral Pop" kanalları reklam gəlirlərinin 2 faizini cəza olaraq quruma ödəməli olacaq. Akustik versiyanın klipində isə Hadisə qapalı geyimlə kamera qarşısına keçib.


Müəllif: Kəmalə