11 Avqust 2014 11:05

Dünya üzrə ən çox tələb olunan modellərin siyahısında yer alan model İrina Şeyk yenidən kamera qarşısına keçib

Son bir il ərzində gəlirinin çox sayda artdığını etiraf edən İrina braziliya brendi olan “Triton”unun reklam çarxına çəkilib. Rusiyanın ən seksual qadını adına layiq görülən Şeyk gənc model Evandro Soldati ilə maraqlı fotolar çəkdirərək markanın 2015-ci il yaz-yay kolleksiyasını tanıdacaq.

Məşhur futbolçu Kriştiano Ronaldonun 28 yaşlı sevgilisi geydiyi geyimlərləri ilə fotoqrafın kamerası qarşısında cazibədar bədənini nümayiş edib.

Qeyd edək ki, ötən həftə sevgilisi ilə istirahətdə olan İrina San Pauloda keçirilən Dəb Həftəsi çərçivəsində də “Triton”un nümayişi üçün Braziliyaya yollanmışdı.

/anspress/


















Müəllif:
Загрузка...