25 Aprel 2018 01:42
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur müğənnisi Hadisənin Maltəpə rayonunda verdiyi konsert zamanı sənətçinin artıq çəkili olması diqqətdən yayınmayıb.

Teleqraf.com-un məlumatına görə, bir müddət əvvəl Hadisənin Koaçella festivalında çəkdirdiyi fotoşəkillərin fotoşop olduğu üzə çıxdığı üçün köhnə model Ebru Şancı müğənniyə ismarıc göndərib. Ebru Şancının özünün İnstaqram səhifəsində “Gözəl qızsan, amma ayaqların Roberto Karlos kimidir” yazması izləyicilər tərəfindən müzakirələrə səbəb olub.
Modelə dəstək verənlərlə yanaşı, Hadisənin gözəl bədən quruluşuna malik olduğunu dəyənlər də olub.

Hadisənin Ebru Şancıya cavabı gecikməyib. O, sosial şəbəkədə tənqidçilərinə belə cavab verib: “Fotoşop deyirlər, halbuki mediaya təqdim etdiyimiz heç bir fotoşəkilə əl vurulmayıb, orijinal variantdadır. Yeri gələndə qarnım çıxıb, bəzən kalqotkam süzülüb. Vacib olan niyyətdir. Yaradan gözəl baxmağı, gözəl niyyətə sahib olmağı nəsib eləsin. Hamı öz könlünə görə baxar və görər”.


Müəllif: Kəmalə